Quranı yandıran rusiyalıya ağır cəza verildi
Rusiyanın Volqoqrad şəhərində Qurani Kərimi yandıran 20 yaşlı Nikita Juravelin cəzası bəlli olub.
Bu barədə Volqoqrad vilayəti məhkəmələrinin birgə mətbuat xidməti məlumat yayıb.
Məhkəmə Quranı yandırmaqda təqsirli bilinən Nikita Juraveli dövlətə xəyanət işi üzrə ciddi rejimli koloniyada 14 il müddətinə azadlıqdan məhrum edib.
Juravelin vəkili bildirib ki, o, hökmdən apellyasiya şikayəti vermək niyyətindədir.