Hökumət hərəkətə keçdi: Kommunal borclar silinir – Kimlər faydalanacaq?
Türkiyədə kommunal borclarını ödəyə bilməyənlər üçün hökumət tərəfindən tədbir görülür. 400 min vətəndaşın 250 milyon TL (1 milyon 230 min manat) borcu silinəcək.
Tacxeber.com Publika.az xəbər verir ki, 2025-ci ilə yaxınlaşdıqca, imkanı olmayan vətəndaşların gözü Ümumi Sağlamlıq Sığortasına (GSS) yönəlib. GSS məcburidir və bu öhdəliklərdən imtina etmək mümkün deyil.
Gələn həftə Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcək Əmək və Sosial Müdafiə Nazirliyi ilə bağlı qanun layihəsində 2014-cü ilin borcları üçün amnistiya tətbiq olunacaq. Bu çərçivədə ödəmə imkanı olmayan 400 min vətəndaşın 250 milyon TL borcu silinəcək.
Digər tərəfdən, dekabr ayında çıxması gözlənilən Prezident fərmanı ilə 2015-ci ildən bəri maliyyə çətinliyi yaşayan milyonlarla vətəndaşın milyardlarla TL borcları bir il daha təxirə salınacaq.