Seymur Talıbovun rəhbərlik etdiyi qurum fəaliyyətini dayandırdı
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası fəaliyyətini dayandırıb.
2002-ci ildən fəaliyyət göstərən federasiya bu dövr ərzində Naxçıvanda titullu şahmatçılar, Avropa çempionları və mükafatçıları, dəfələrlə Azərbaycan çempionları, bir çox beynəlxalq şahmat turnirlərinin qalibi olmuş şahmatçılar yetişdirib. Federasiya bu gündən fəaliyyətini dayandırıb və ləğv olunub.