Azərbaycanda “TikTok”dan belə istifadə edən şəxslərə cinayət işi açılacaq – RƏSMİ
“Tiktok” sosial şəbəkəsindən pul qazanmaq üçün istifadə edənlərin sayı günbəgün artır. Təəssüf ki, asan yolla pul qazanmaq kimi qiymətləndirilən bu üsul nəticəsində bir çox insan dələduzların qurbanı olur.
Son dövrlərdə isə “Tiktok” platformasında falçılıq edənlərin çoxluğu gözə dəyir. Onlar canlı yayım açaraq kartla fala baxırlar və insanlara gələcəkləri barədə məlumat vermək üçün ödəniş istəyirlər. Təəssüflər olsun ki, qeyri-qanuni fəaliyyətlə məşğul olan bu falçıların izləyici kütləsi də böyükdür. İnsanlar onlara inanır və ödənişlər edirlər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən Bizim.Media-nın göndərdiyi sorğuya cavab olaraq məsələnin araşdırıldığı bildirilib:
“Sosial şəbəkələrdə “falçılıq”, “baxıcılıq”, “taleyin dəyişdirilməsi” və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla vətəndaşların aldadılaraq pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı polis orqanlarına daxil olan müraciətlər diqqət mərkəzində saxlanılmaqla araşdırılır.