Başa düşmürəm, bu şəxs necə cərrahi əməliyyat aparır?! – Deputat
“Mətbuatdan oxuyuram ki, guya estetik cərrah “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasova qaynı arvadını əməliyyat edib və nəticə faciə doğurub. Onun heç tibbi təhsili də yoxdur. O, necə cərrahi əməliyyat aparıb? Ona kim icazə verib?”
Tacxeber.com xəbər verir ki, bunu deputat Səyyad Aran parlamentdə 2025-ci il büdcə müzakirələri zamanı deyib.