Bunu etsək, pensiya sistemi çökər – Nazir
Azərbaycanda pensiya sisteminə amnistiya tətbiq edilib və bunun nəticəsidir ki, 1 qəpik pensiya kapitalı olmayan şəxs pensiya ala bilir.
Tacxeber.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev parlamentdə büdcə zərfinin müzakirəsi zamanı deputatların səsləndirdiyi məsələləri cavablandırarkən deyib.
Onun sözlərinə görə, 2019-cu ildə Milli Məclisin razılığı ilə 25 illik iş stajı olan, lakin 1 qəpik pensiya kapitalı olmayan şəxsə pensiya verilməsi barədə qərar verilib. “Əgər bu amnistiya tətbiq olunmasaydı, o zaman çox sayda insan pensiya ala bilməzdi”, – nazir qeyd edib.
Nazir onu da əlavə edib ki, bu səbəbdən də pensiyanı böyük həcmdə artırmaq mümkün deyil. “Əgər pensiyanı böyük həcmdə artırsaq, o zaman pensiya sistemi çökər”, – o nazir bildirib.