14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bakıda 14 yaşlı qız özünü binadan atıb. Deyəcəksiniz ki, daha kiçik yaşlı uşaqlar da özünü öldürüblər, bu nədir ki? Bir tərəfdən haqlısınız. Amma bu cür faciələri adi hadisələr kimi qəbul etmək bizim BƏDBƏXTÇİLİYİMİZDİR.
Yasamal rayonunda yeniyetmə, ömrünün ən gözəl çağında olan bir mələk balamız həyatla vidalaşmaq istəyir? Tutalım ki, mən jurnalistəm, hadisənin xəbərini verdim getdi. Bəs bu bizim qeyri hökumət təşkilatları harada qalıb? Niyə üsyan etmirlər? Niyə bir araşdırmırlar ki, çiçəyi yeni çatlayan balamız bizdən niyə küsüb gedir? Dünyadan köçmək istəyi nədən ona güc gəldi?
Binadan özünü atmaq artıq o deməkdir ki, o, qızcığaz dünyadan köçməklə bağlı qərarlıdır. Niyə ona yaşam sevinci verə bilmirik? Bir cəmiyyət nümayəndəsi olaraq bu sualı kim verdi özünə? Necə olur ki, o, gələcəklə bağlı bütün ümidlərini itirib? Bəlkə haradasa ona vəd verib aldatmışıq? O, artıq gələcəyi qaranlıq görür? İnanmır bizə?
Şükür Allaha ki, ölməyib. Sadəcə vəziyyəti ağır olduğu üçün onu dindirmək və nə üçün həyatla vidalaşmaq istədiyini öyrənmək mümkün olmayıb.