Qənirə Ataşovanın ittiham etdiyi həkim danışdı: “İstəyirlər aramızı vursunlar!”
Amerikada yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşovanın həkimlərlə olan qalmaqalı səngimək bilmir. O, daha bir həkimi hədəf alaraq, özünün “Facebook” hesabında növbəti paylaşım edib. Qənirə Ataşovanın növbəti tənqidi plastik cərrah Elnur Mehrəli ilə bağlıdır. Şəxsi hesabında yazdığı postla həkimlə bağlı bir sıra ittihamlar irəli sürən jurnalist sözügedən həkimin onunla bağlı təhqiredici fikirlər səsləndirdiyini və bunu “TikTok” platformasında yayımladığını iddia edib.
Yenisabah.az məsələ ilə bağlı qalmaqalda adı hallanan həkim, plastik cərrah Elnur Mehrəli ilə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında özü ilə bağlı olan ittihamlara aydınlıq gətirib:
“Bu işdə bizim adımızın hallandırılması belə böyük cinayət sayıla bilər. Çünki bu işdə heç bir iştirakımız yoxdur. Adımızdan şər və böhtan xarakterli paylaşım verilməklə neqativ hallar yaradan şəxslərlə bağlı araşdırma aparırıq”.
Elnur Mehrəli Qənirə Ataşova ilə heç bir tanışlıq əlaqəsinin olmadığını bildirib:
“Qənirə Ataşovanı şəxsən tanımıram. Həmin xanımla heç bir tanışlıq əlaqəmiz yoxdur ki, ona qarşı hər hansı bir neqativ fikrimiz yaxud ədavətimiz də olsun. Adımızın hansısa siyahıda hallandırılmasını düzgün və uyğun bilmədiyimiz halda, Qənirə xanım o məlumatların heç birini dəqiqləşdirmədən, həkim adlandığı insanların siyahısında bizim də adımızı çəkir. Hansı ki, həkim olmadıqları halda onları həkimlik statusuna çatdırıb və bizi də onlarla bir cərgəyə qoyub. Biz başa düşə bilmirik ki, bu nəyin ədavəti və nəticəsidir.
Azərbaycan Dövlət Tibb Universitetinin, sonrakı etapda həkimləri təkminləşdirmə universitetinin, həmçinin, Türkiyə, Rusiya və Ukrayna universitetlərində təhsil almış və plastik cərrahiyyə diplomuna nail olmuş bir həkimi bu ixtisasa sahib olmayanlarla bir cərgəyə qoymaq hansı ədalətdən xəbər verir?”
Həkim onu da qeyd edib ki, jurnalistin onunla bağlı ittihamlarına heç bir cavab və reaksiya ilə qarşılıq verməyib: