Tiflisdə müxalifət yenidən aksiyaya başladı

Tiflisdə minlərlə insan yenidən parlament binası qarşısında hökumətin son qərarına etiraz əlaməti olaraq toplaşıb.
Bu barədə TASS məlumat yayıb.
Gürcüstan və AB bayraqları qaldıran nümayişçilər artıq parlament binasının yerləşdiyi Rustaveli prospektini bağlayıblar. Onlar hökumətin istefasını tələb edirlər.