• 30 Noyabr 2024 07:51

“Toyda oxumaq üçün sənət lazım deyil”

Əməkdar artist Nuriyyə Hüseynova açıqlaması ilə gündəmə gəlib.

 

Tacxeber.com xəbər verir ki, “Xəzər axşamı” verilişində qonaq qismində  olan sənətçi toyda oxumaq üçün sənətə ehtiyac olmadığını deyib:

 

“Mən toylara 15-30 dəqiqəlik gedirəm. Bütöv toy heç vaxt oxumuram. O da baxır hansı toy, hara gəldi getmirəm. Əslində toyda oxumaq üçün sənət lazım deyil. Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir. Düzünü deyirəm. İndiki dövrdə də camaat bir ritm lazımdır ki, oynasınlar. Mahnıdakı sözün mahiyyəti də insanlara maraqlı deyil. Sənətimi sevən insanlar dəvət edərkən, onlardan soruşuram ki, muğam ifa edim? Toy sahibi istəyəndə oxuyuram. İstəmirsə, muğama xəyanət edə bilmərəm. Muğamı sevməyən insanların yanında oxumaq düzgün deyil. Biri yemək yeyir, o biri danışır, digəri gülür, muğama hörmətsizlik olur”.

Tacxeber.com

Oxşar xəbərlər