Suriya rejiminin bu qədər tez geri çəkilməsi bizi şoka saldı.
Tacxeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Suriyanın müxalif generalı Əhməd Rahal deyib.
O bildirib ki, rejim İranın dəstəyi ilə ayaqda qalır:
“Bütün Hələbin Hizbullahın nəzarətində olduğunu bilirik və ümid edirik ki, bu əməliyyatlar genişlənərək Əz-Zəhra bölgəsinə doğru irəliləyəcək. Eyni zamanda, əməliyyatın Tel-Rifat bölgəsində davam etməsini istəyirik. Çünki o dəhliz YPG qruplaşmasından xilas olunmalıdır. Fikirləşirik ki, Suriyada Əsəd rejimi və Hizbullahın sürətlə süqutu tez bir zamanda YPG-nin xüsusilə Menbiç və Tel-Rifat, eyni zamanda ətraf bölgələrdə sürətlə dağılmasına mütləq təsir edəcək. Bundan sonra Suriyada müxalif qüvvələr rahat nəfəs ala bilər. Eyni zamanda Türkiyədəki miqrantlar da asan şəkildə evlərinə qayıda bilər”. (Axar)