• 05 Dekabr 2024 06:14

“Xatirə İslamın ailəsi mənə hücum etdi”

“İnstaqramda aktiv şəbəkə istifadəçisiyəm. İnstaqram və Feysbukda bir ginekoloqun pasiyentləri ilə təhqiramiz formada davrandığını görürdüm. Bu paylaşım mənim diqqətimi çəkdi”.

 

Tacxeber.com  xəbər verir ki, bu sözləri ABŞ-da yaşayan teleaparıcı Qənirə Ataşova Teleqraf.com-un suallarını cavablandırarkən deyib.

 

O, əvvəllər də belə paylaşımlar gördüyünü qeyd edib:

“Əvvəllər belə paylaşımlar görəndə keçib gedirdim və düşünürdüm ki, kimsə reklam xarakterli video və ya komediya çəkir. Zaman-zaman bu kimi paylaşımlar qarşıma çıxanda diqqətlə izləməyə başladım. Həmin səhifəyə diqqət yetirdim və gördüm ki, doktor-bloger Günel Əzizova yazılıb. Onu araşdırmağa başladım, düşündüm ki, bu xanım həkimdirsə, insanları necə təhqir edə bilər?! Onun fəaliyyət göstərdiyi xəstəxanaya sorğu göndərdim. Həmin xəstəxanada işləyən həkimləri tapdım, ayrı-ayrı pasiyentlərin İnstaqram səhifəsinə bir-bir yazdım və məlum oldu ki, bu xanım həkim deyil, amma ginekoloji əməliyyatlar edir”.

 

Q.Ataşova həmin xanımın müğənni Xatirə İslamın bacısı olduğunu açıqlayıb:

“Bu barədə Günel Əzizovanın özünə mesaj yazdım. Amma o, mesajları görməzdən gəldi. Mən sosial media hesabımda kiçik bir post paylaşdım və qeyd etdim ki, Azərbaycanda belə hadisə yaşanır. Bu insanın tibbi savadı yoxdur, amma ginekoloji əməliyyatlar edir. Postu paylaşandan sonra mənə müğənni Xatirə İslam “Whatsapp”da səsli qeyd göndərdi. Dedi ki, Günel Əzizova mənim bacımdır və xahiş edirəm ki, ona toxunma. Onun kurslarının pulunu mən özüm vermişəm.

 

Mən də Xatirə İslama cavab verdim ki, kurs bitirməklə həkim olmaq mümkün deyil. Tibb sahəsində təhsil almaq üçün Azərbaycan Tibb Universiteti var. Bununla yanaşı tibbi tədris müəssisələri mövcuddur. Onlar məni anlamadılar, Xatirə İslamın anası, qardaşı mənə qarşı şər-qarğış yağdırmağa, hücum etməyə başladı”.

Tacxeber.com

Oxşar xəbərlər