• 05 Dekabr 2024 05:50

Trampın “gəlinciyi”: Keçmiş model Ağ Evin yeni sözçüsü ola bilər | FOTOLAR

      Trampın “gəlinciyi”:    Keçmiş model Ağ Evin yeni sözçüsü ola bilər    | FOTOLAR

28 yaşlı keçmiş model Elizabet Pipko ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın mətbuat katibi ola bilər. O, bundan qabaq Respublikaçılar partiyasının mətbuat katibi olub, həmçinin Trampın yəhudi təşkilatları ilə əlaqələr üzrə məsləhətçisi kimi çalışıb.

 

Pipkonun ailəsi 1974-cü ildə keçmiş SSRİ-dən (daha dəqiqi, Minskdən) ABŞ-a köçüb. Onun anası məşhur piano ifaçısı, babası Mark Klionski tanınmış rəssam olub. Elizabet xatirələrində yazır ki, babası onu həmişə “kukolka” (“gəlincik”) deyə əzizləyərdi.

Uşaq vaxtı Elizabet fiqurlu konkisürmə ilə məşğul olub, yarışlarda iştirak edib. O, məşqlərini Trampa məxsus “Wollman Rink” buz meydançasında edərdi. Lakin 15 yaşına çatanda aldığı zədə səbəbindən idmandan uzaqlaşaraq, model karyerasını seçir.
Gənc qız model biznesində uğurla irəliləyir. Onun fotoları “Harper`s Bazaar”, “Grazia” kimi məşhur jurnallarda dərc olunurdu.

Yazdığına görə, həmin vaxt fotoqraflardan və model biznesində olan digər şəxslərdən çoxlu ədəbsiz təkliflər alırmış: “Yatmaq təklifini rədd etdiyim kişilər haqqımda cürbəcür sözlər danışırdılar”.

2016-cı ildə Elizabet prezident seçkisində Trampa dəstək vermək üçün aktiv şəkildə siyasətə qoşulur və onun qərargahında çalışmağa başlayır. O, Trampdan çox təsirləndiyini və böyük rəğbət bəslədiyini gizlətmir. (Azvizion)




Tacxeber.com

Oxşar xəbərlər