• 05 Dekabr 2024 06:42

Xatirə İslamın bacısından tibb təhsili olmaması ilə bağlı iddialara CAVAB

Xəbər verildiyi kimi ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova bu dəfə müğənni Xatirə İslamın həkim bacısı Günel Əzizova ilə bağlı paylaşım edib. 

 

Azərbaycanda fəaliyyət göstərən həkim və estetik cərrahlarla bağlı paylaşımları ilə gündəm yaradan jurnalist Günel Əzizovanın tibb təhsilinin olmadığını iddia edib. Onun sözlərinə görə tibb təhsili olmayan Günel Əzizova qeyri-qanuni əməliyyatlar aparır və ginekoloji prosedurlar həyata keçirməkdə davam edir. Amma heç bir sənəddə adı keçmir.

 

Məlumatda qeyd olunur ki, Xatirə İslamın təsiri ilə bacısı Günel Əzizova bir zamanlar tibb müəssisələrində Mirezim Zaidov adlı həkimin köməkçisi kimi işə başlayıb.

 

Digər iddiaya görə Günel Əzizova bir müddət yeni doğulmuş uşaqların olduğu ginekoloji şöbədə, daha sonra isə həkim-ginekoloq kimi fəaliyyət göstərib.

 

Tacxeber.com xəbər verir ki, Bizim.Media iddialarla bağlı Xatirə İslamla əlaqə yaradıb. Müğəninin köməkçisi Qönçə xanım Xatirə İslamın xaricdə olduğunu əsas gətirərək, sorğudan yayınıb.

 

Öz növbəsində Xatirə İslamın bacısı və adı saxta həkim fəaliyyəti ilə məşğul olmaqda iddia olunan Günel Əzizova ilə də əlaqə yaratdıq. Onunla da əlaqə cəhdimiz baş tutmadı.

 

Günel Əzizova şəxsi İnstagram səhifəsindəki şərh bölməsində  ona ünvanlanan sözügedən ittihamlara reaksiya verib.

 

O, Qənirə Ataşovanın iddialarına cavab olaraq bunları yazıb:

“Mənim o xanıma heç bir neqativ fikrim yoxdu. O, sadəcə kaşki məni tanıyaydı”.

 

Daha sonra şərhlərdə Günel Əzizovanın şəxsinə Azərbaycan Tibb Universitetini hansı illərdə bitirdiyi barədə suallar ünvanlanıb.  Hətta diplomuna dair faktla çıxış etməsi istənilib. O, isə bu sulları cavabsız qoyaraq əlavə şərhlərdən yayınıb.


Tacxeber.com

Oxşar xəbərlər