• 05 Dekabr 2024 06:22

İki ölkədə təşviş: Əsəd hakimiyyətini itirsə…

Suriya lideri Bəşər Əsəd Rusiyaya Yaxın Şərqdəki yeganə hərbi bazasını itirməmək üçün lazımdır.

 

Bunu politoloq Elxan Şahinoğlu deyib.

 

“Əsəd rejimini ayaqda saxlayan İran və Rusiyanın dəstəyidir, bu, məlum faktdır. Belə çıxır ki, bu dəstək əbədiyyətə qədər davam etməlidir ki, rejim öz davamlığını qoruya bilsin. Ancaq Rusiya və İranın fərqli problemləri var, biri Ukraynada savaşır, digəri İsraillə qarşıdurma içindədir. “Məni darda qoymayın”, deyən Əsəd Tehran və Moskvaya əlavə yükdür.

 

Əsəd Tehrana ona görə lazımdır ki, Suriya ərazisindən “Hizbullah”la əlaqə qırılmasın, hakimiyyət fərqli qüvvələrin nəzarətinə keçməsin. Əsəd Moskvaya ona görə lazımdır ki, Rusiya Yaxın Şərqdə yeganə hərbi bazasını itirməsin, hakimiyyət müxalif qüvvələrin əlinə keçməsin, əks halda, Moskva ilə strateji tərəfdaşlığa son qoyulacaq.

 

Əsəd iki tərəfdaşını məhz bu amillərlə şantaj edir ki, dəstəyi zəiflətsəniz, mövqelərinizi itirəcəksiniz”, – ekspert bildirib.

Tacxeber.com

Oxşar xəbərlər