• 05 Dekabr 2024 06:09

Kirkorov Puqaçova ilə evli olduğu vaxtlardan nifrət etdiyi mahnıdan danışdı: “Studiyada dava etdik”

Məşhur rusiyalı müğənni Filipp Kirkorov birlikdə yaşadıqları illərdə Alla Puqaçova ilə mahnı üstündə necə mübahisə etdiyindən danışıb.

Tacxeber.com Oxu.Az-a istinadən xəbərinə görə, o bu barədə “You Want A Scandal Now?” podkastında xatırladıb.

 

Kirkorovun sözlərinə görə, evlilikləri zamanı Puqaçova tez-tez onun üçün repertuar seçirmiş. Beləliklə də onlar “Zayka moya” hitinin səsləndirilməsi zamanı studiyada dava ediblər.

 

“Mən özümü ölkədəki ilk reper hesab edirəm, çünki “Zayka moya” mahnısını ifa etmişəm. Xatırlayıram, o zaman mahnının səsləndirilmə şəkli üstündə çox mübahisə edirdik. Hətta studiyada da dava etdik. Mən hələ də bu mahnıya dözə bilmirəm, nifrət edirəm, amma insanlar xahiş edirlər”, – deyə Filipp Kirkorov bildirib.

 

Xatırladaq ki, Alla Puqaçova və Filipp Kirkorov 1994-2005-ci illərdə evli olublar, boşandıqdan sonra Puqaçova şoumen Maksim Qalkinlə ailə həyatı qurub.

Tacxeber.com

Oxşar xəbərlər