• 05 Dekabr 2024 06:18

Gürcüstan prezidenti

 Paytaxt Tbilisidə silahlı toqquşmla oldu və Qamsaxurdiya ölkədən qaçdı. Eyni hadisələr təkrarlanır. Gürcüstanın hazırkı Prezidenti Salome Zurabişvili hakim “Gürcü arzusu” Partiyasının dəstəklədiyi namizəd idi.

 Ancaq bu qələbədən zaman keçdikcə Salome Zurabişvili ilə onu dəstəkləyən hakim partiya arasında fikir ayrılığı yarandı. Hazırda fikir ayrılığı o qədər dərinləşib ki, hakim partiya və hökumət insanları sabitliyə və evlərinə dağılışmağa dəvət edir, Prezident isə əksinə hökumətə qarşı mitinq və küçə yürüşlərini davam etdirməyə səslənir.

Gürcüstanda 14 dekabrda Prezident seçkisi keçiriləcək. Hakim partiyanın namizədi var. Buna baxmayaraq, Salome Zurabişvili 14 dekabrdan sonra vəzifəsini tərk etməyəcəyini açıqlayıb. Bu Gürcüstanda gərginliyi daha da artıracaq. Qərb ölkələri nə Gürcüstan hökumətinin və parlamentin legitimliyini tanıyır, nə də yeni dövlət başçısını tanıyacaq.

Bu vəziyyətdə Gürcüstan hökuməti Qərbə alternativ olaraq Rusiya ilə yaxınlaşmağa çalışa bilər. Mümkündür ki, Gürcüstan indiyənə qədər iştirak etmədiyi 3+3 (Türkiyə, İran, Rusiya + Azərbaycan, Gürcüstan, Ermənistan) formatına da qatılsın.

Elxan Şahinoğlu

Tacxeber.com

Oxşar xəbərlər