• 05 Dekabr 2024 06:32

Suyu soyuq içmək mədəyə çox ziyandır – Həkimin İZAHI

Soyuq su susuzluğu yatırtmır…

suyu-soyuq-icmek-medeye-cox-ziyandir-hekimin-izahi

“Soyuq su mədəyə gedən qan axınını pozur və həzmi ləngidir”.

Tacxeber.com xəbər verir ki, bunu qastroenteroloq Lyudmila Suxorukova “NEWS.ru”ya açıqlamasında deyib.

 

O qeyd edib ki, mədə-bağırsaq traktının soyuq suya uyğunlaşmaması, orqanizmin stress keçirməsinə səbəb olur.

 

“İnsanın mədəsi soyuq suya uyğunlaşmayıb. Nəticədə bədən mayenin bu cür qəbul edilməsindən dolayı stress yaşayır. Bu, mədə-bağırsaq traktında aşağıdakı reaksiyalara səbəb olur: qan damarlarının sıxılması baş verir, orqanlara qan tədarükü pisləşir və həzm prosesləri yavaşlayır”, – Suxorukova vurğulayıb.

 

Həkim əlavə edib ki, soyuq su maddələr mübadiləsini ləngidir və nəticədə zərərli maddələr orqanizmdə daha uzun müddət qalır.

 

“Bu səbəbdən suyu soyuq halda içməmək daha yaxşıdır. Bunun əvəzinə sərin içkilər seçmək tövsiyə olunur. Suyun temperaturu 12-15 dərəcə olmalıdır. Bu, yemək zamanı xüsusilə vacibdir. Bundan əlavə, soyuq su otaq temperaturunda olan sudan daha gec sorulur və susuzluğu yatırtmır”,- deyə mütəxəssis yekunlaşdırıb.

Tacxeber.com

Oxşar xəbərlər