• 04 Dekabr 2024 22:56

Tbilisidə hökumət əleyhinə mitinq keçirilir

Tbilisidə hökumət əleyhinə mitinq keçirilir

Eirazçılar yeni parlament seçkilərinin keçirilməsini tələb edirlər.

 

Gürcüstan hökumətinin əleyhdarları Tbilisidə parlament binası yaxınlığında növbəti aksiyaya toplaşıblar.

Tacxeber.com verir ki, bu barədə TASS məlumat yayıb.

 

Bildirilib ki, parlamentin qarşısındakı meydan artıq insanlarla dolub. Nümayişçilər qanunvericilik binasının yerləşdiyi Rustaveli prospektini də bağlayıblar. Etirazçılar hökumətin istefasını və yeni parlament seçkilərinin təyin edilməsini tələb edirlər.

Parlamentin ətrafında güclü polis patrulları var. Qanunvericilik binasının yaxınlığındakı Azadlıq meydanında Daxili İşlər Nazirliyi artıq xüsusi texnika, o cümlədən su şırnaqları, akustik silahlar və şəxsi heyətin hərəkəti üçün avtobuslar yerləşdirib.

Tacxeber.com

Oxşar xəbərlər