• 05 Dekabr 2024 05:42

Azərbaycan çempionatında qalmaqal – Hakimlər və Sxadadze hədələnib

Azərbaycan çempionatında qalmaqal - Hakimlər və Sxadadze hədələnib

Noyabrın 27-si 1-ci Liqanın 8-ci turunun “Karvan” – “Qəbələ” oyunu bitdikdən sonra qalmaqal baş verib. Bu matç turnir cədvəlində liderlərin oyunu idi. “Qəbələ” Yevlaxda qələbə qazanaraq, xalını 20-yə yüksəltməklə liderliyi ələ alıb. “Karvan” isə (18 xal) ikinci pilləyə düşüb.

 

AFFA İntizam Komitəsi həmin matçdan sonra yaşanan olaylarla bağlı “Karvan” klubunun məşqçilərini və bəzi futbolçularını cəzalandırıb.

 

Komitənin bu gün açıqlanan qərarlarında bildirilir ki, noyabrın 27-si 1-ci Liqanın VIII turunun “Karvan” – “Qəbələ” oyunu bitdikdən sonra “Karvan”ın futbolçusu Müşfiq Teymurov hakimləri təhqir etdiyinə, aqressiv davrandığına görə 4 oyun cəzalanıb, “Karvan” komandası 300 manat cərimə edilib.

Oyun bitdikdən sonra “Karvan”ın futbolçusu Bəhruz Teymurov hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb, “Karvan” komandası 300 manat cərimələnib.

 

Oyun bitdikdən sonra “Karvan”ın məşqçisi Zaur Hacıyev rəqib baş məşqçiyə (Kaxaber Sxadadze – red.) hədə-qorxu gəldiyinə görə 5 oyun cəzalanıb, “Karvan” komandası 400 manat cərimə edilib.

Qərarda o da qeyd edilib ki, “Karvan” klubunun baş məşqçisi Kənan Kərimov mətbuata açıqlama verərkən hakimə hədə-qorxu gəldiyinə, ona sözlə təzyiq göstərməyə cəhd etdiyinə görə 2 oyun şərti olmaqla 5 oyun cəzalanıb, “Karvan” komandası 400 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

 

Qeyd edək ki, “Karvan” – “Qəbələ” matçının hakimləri Tural Qurbanov (baş hakim), Zöhrab Abbasov, Rəhman İmami (laysmanlar) və Kamran Əliyev (dördüncü hakim) olublar. (Qol.az)

Tacxeber.com

Oxşar xəbərlər