• 23 Dekabr 2024 02:21

Bu gün FİFA dünya çempionatının püşkünü atır

Bu gün Mayamidə (ABŞ) FİFA-nın bayrağı altında təşkil olunan futbol üzrə klublararası dünya çempionatının püşkatma mərasimi keçiriləcək.

 

Tədbir Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

 

Klublararası növbəti dünya çempionatı 2025-ci ildə (15 iyun-13 iyul) ABŞ-da təşkil olunacaq. Tarixdə ilk dəfə həmin yarışda 32 klub iştirak edəcək.

 

Artıq püşkatma üçün səbətlər bəllidir. Komandalar hər birində 8 olmaqla 4 səbətə bölünüb.

 

1-ci səbət: “Mançester Siti” (İngiltərə), “Real Madrid” (İspaniya), “Bavariya” (Almaniya), PSJ (Fransa), “Flamenqo” (Braziliya), “Palmeyras” (Braziliya), “Kaliforniya River Pleyt» (Argentina), “Fluminense” (Braziliya)

 

2-ci səbət: “Çelsi” (İngiltərə), “Borussiya Dortmund” (Almaniya), “İnter” (İtaliya), “Portu” (Portuqaliya), “Atletiko Madrid” (İspaniya), “Benfika” (Portuqaliya), “Yuventus” (İtaliya), “Zalsburq” (Avstriya)

 

3-cü səbət: “Əl-Hilal” (Səudiyyə Ərəbistanı), “Ulsan HD” (Koreya), “Əl-Əhli” (Misir), “Vidad AK” (Mərakeş), “Monterrey” (Meksika), “Leon” (Meksika), “Boka Xuniors” (Argentina), “Botafoqo” (Braziliya)

 

4-cü səbət: “Urava Red Daymonds” (Yaponiya), “Əl-Əyn» (Birləşmiş Ərəb Əmirlikləri), “Esperans Sportiv de Tunisi” (Tunis), “Mamelodi Sandauns” (Cənubi Afrika Respublikası), “Paçuka” (Meksika), “Sietl Saunders” (ABŞ), “Oklend Siti” (Yeni Zelandiya ), “İnter Mayami” (ABŞ)

Tacxeber.com

Oxşar xəbərlər