• 23 Dekabr 2024 03:55

Ramzan Kadırovdan Rusiyanın yüksək vəzifəli məmurlarına SƏRT İTTİHAM

Kadırovun tənqidinə səbəb Krokusda baş verən terror aktından sonra başlayan və rəsmi məlumatlara görə, keçmiş SSRİ ölkələrindən 2 milyona yaxın insanın Rusiyanı tərk etməsinə səbəb olan miqrantlarla bağlı siyasətin gücləndirilməsi olub.

 

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya prezidenti Vladimir Putinin güc blokunun əsas liderlərini kəskin tənqid edərək, Rusiya rəsmilərini Ukrayna və Gürcüstanla “münasibətləri pozmaqda” ittiham edib.

 

Bu barədə yazan Rusiya mətbuatı “2012-ci ildən vəzifədə olan Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev və 2011-ci ildən rəhbərlik edən İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin “yanlış yerdədirlər”, – Kadırovun dediyini sitat gətirir.

Çeçenistan rəhbərinin sözlərinə görə, “Rusiya Federasiyası Daxili İşlər Nazirliyində və İstintaq Komitəsində yüksək vəzifələrdə olan şəxslər prezidentin qarşıya qoyduğu tapşırıqları “keyfiyyətcə” yerinə yetirmirlər.

 

Xüsusən də Kadırovun tənqidinə səbəb “Krokus”da baş verən terror aktından sonra başlayan və rəsmi məlumatlara görə, keçmiş SSRİ ölkələrindən 2 milyona yaxın insanın miqrantlara qarşı siyasətinin gücləndirilməsi olub.

Xatırladaq ki, Çeçenistan rəhbəri oliqarx, Federasiya Şurasının üzvü Süleyman Kərimova, həmçinin Dövlət Dumasının deputatları Bexan Baraxoyev və Rizvan Kurbanova qarşı qan davası elan edib. Ramzan Kadırov iddia edir ki, həmin şəxslər ona qarşı sui-qəsd hazırlayırdılar. (Lent.az)

Tacxeber.com

Oxşar xəbərlər