• 23 Dekabr 2024 09:48

Azərbaycanlını təhqir edən gürcü müxalifətçini həbs gözləyir

Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin (GAMK) sədri Əli Babayevə qarşı zorakılığa görə saxlanılmış “Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri Aleksandr Elisaşviliyə qarşı “siyasi təqib” ittihamı irəli sürülüb.

Tacxeber.com xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğundan bildirilib.

 

Məlumata əsasən, aparılmış istintaqla müəyyən edilib ki, dekabrın 2-də Tbilisidə A.Elisaşvili GAMK sədri, “Gürcü Arzusu” partiyasının təsisçilərindən biri olan Ə.Babayevi siyasi motivlərə görə şifahi və fiziki təhqir edib.

 

İttihama görə müxalifətçini üç ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Tacxeber.com

Oxşar xəbərlər