• 23 Dekabr 2024 13:20

Heç vaxt yola getməyən bürclər – Bir araya gələndə qan düşür…

Astrologiya bəzilərimiz üçün maraqlı, bəzilərimiz üçünsə mistik bir dünyadır. Bürclər arasındakı uyğunluq və qarşıdurmalar insan münasibətlərinə böyük təsir göstərə bilər. Bəzi bürclər bir-birini tamamladığı halda, bəziləri isə anlaşılmazlıq və konfliktlərlə dolu münasibətlər yaşayır.  Astroloqlar bunu məhz bürclərlə bağlı olduğunu iddia edirlər.

 

Tacxeber.comYenisabah.az-a istinadən bir-biri ilə yola getməyən bürcləri təqdim edir:

 

Qoç və Oğlaq

Qoçun impulsiv və macərapərəst təbiəti ilə oğlağın ciddi və planlı yanaşması daim ziddiyyət yaradır. Qoç azadlığa meyillidir, oğlaq isə qayda-qanunlara bağlıdır. Bu ikilinin bir-birini başa düşməsi olduqca çətindir.

 

Buğa və Dolça

Buğa stabil, ənənəvi dəyərləri sevən bir bürcdür, dolça isə yenilikçi və sərbəst düşüncəyə malikdir. Bu fərqliliklər buğanın inadkar xarakteri ilə dolçanın sərbəstliyi arasında toqquşmalara səbəb olur.

 

Əkizlər və Balıqlar

Əkizlər dəyişkən və sosial, balıqlar isə həssas və emosionaldır. Əkizlərin qərarsızlığı balıqları yora bilər, balıqlar isə əkizlərə həddindən artıq emosional gələ bilər. Onların prioritetləri çox fərqlidir.

 

Xərçəng və Oxatan

Xərçəng evinə bağlı, duyğusal bir bürcdür, oxatan isə sərbəstlik və sərgüzəştlərə üstünlük verir. Oxatanın sərbəst davranışları xərçəngi incitməklə yanaşı, onları anlaşılmazlığa sürükləyir.

 

Şir və Əqrəb

Hər iki bürc güclü xarakterə malikdir və liderlik etməyi sevir. Bu oxşarlıq onları tez-tez güc mübarizəsinə sürükləyir. Şirin diqqətə olan ehtiyacı ilə əqrəbin qısqanc təbiəti arasında ciddi toqquşmalar baş verə bilər.

 

Tərəzi və Qız

Tərəzi sosial və incə davranışları ilə tanınır, Qız isə mükəmməllik və detala olan həvəsi ilə. Tərəzinin qərarsızlığı qızın tənqidçi yanaşması ilə uyğunlaşmır, nəticədə bir-birilərini başa düşməkdə çətinlik çəkirlər.

Tacxeber.com

Oxşar xəbərlər