• 23 Dekabr 2024 03:56

Əsədə ağır zərbə: növbəti hücum bu şəhərə olacaq!

 

3 günə Hələb, 9 günə Həma silahlı müxalifətin əlinə keçdi. “Heyət Təhrir əş-Şam” (HTŞ) və Suriya Milli Ordusu (Azad Suriya Ordusu) Həma şəhərinə daxil oldu. Suriya Silahlı Qüvvələri rəsmən bəyan etdi ki, Həma təslim oldu. Həmanın əldən çıxması Əsədə çox ağır zərbədir və görünən odur ki, Suriya ordusu ciddi müqavimət göstərmək gücündə deyil. HTŞ və SMO-nun Həmadan paylaşdığı şəkillərdən görünür ki, şəhərin daxilində döyüşlər olmayıb, Suriya rejim qüvvələri müqavimətin mənasızlığını görərək geri çəkilib.

 

Bu barədə politoloq Kamran Cəfərov qeyd edib.

 

O bildirib ki, Həma Bəşər Əsədə son dərəcədə qeyri-loyal şəhərdir və Həmadan müxalif qüvvələrə qoşulan insanların sayı çox olacaq:

 

“Daha bir vacib məsələ ondan ibarətdir ki, Həmanın nəzarətə götürülməsi ilə Rusiya bazalarının (Hmeymim və Tartus) loqistikası müxalif qüvvələrin atəş radiusuna düşür. Başqa sözlə, müxaliflər Həmadan rusların maddi-texniki təminatını hədəfə ala bilərlər.

 

Müxaliflər üçün növbəti hədəf və prosesin kulminasiya nöqtəsi Xüms şəhərinə hücum olacaq. Xüms uğrunda şiddətli döyüşlər gözlənilir və əgər Hüms ələ keçirilsə, rusların bazaları mühasirəyə düşəcək və onların Suriyada mövcudluğu bitəcək (ruslar bunu hiss edib Tartusdan gəmiləri çıxarıblar). Xümsdən sonra isə hədəf Dəməşq olacaq.

 

Daha bir maraqlı fakt: bir neçə gün qabaq İsrail HHQ Suriya və Livanı birləşdirən körpüləri və keçid məntəqələri darmadağın edib. İsrail bəyan edib ki, hədəf Suriyadan Hizbullaha gedən silahlardır, amma heç kim üçün sirr deyil ki, hazırda Suriyada bir neçə geosiyasi/regional oyunçular birgə addımlayırlar.

 

Xüms geridönməz nöqtə olacaq – həm Əsəd üçün, həm ruslar üçün”.

Tacxeber.com

Oxşar xəbərlər