• 22 Noyabr 2024 22:38

Cənubi Azərbaycanında 5 edam məhkumu əfv edilib

Cənubi Azərbaycanında 5 edam məhkumu əfv edilib

Cənubi Azərbaycanında 5 edam məhkumu əfv edilib


İranın Qərbi Azərbaycan vilayətində daha əvvəl qisasa məhkum edilmiş 5 məhbus qətlə yetirdikləri şəxslərin ailələri tərəfindən əfv edilərək dar ağacından xilas olublar. 

Dövlət agentliyi İRNA-ya istinadən, əfv edilən məhkumların üçü Urmiyə, biri Makı, biri isə Qoşaçay (Miyandab) həbsxanasında saxlanılır.

Qərbi Azərbaycan Ədliyyə İdarəsinin rəisi Nasir Ətəbatinin sözlərinə görə, sözügedən məhbuslar illərdir həbsxanada edam gözləyirdilər, amma, ixtilafları həll etmə şurasının səyləri, habelə ağsaqqallar, din xadimləri və nüfuz sahibi şəxslərin vasitəçiliyi ilə qan sahiblərindən razılıq alındı.

İranda qətl ittihamı ilə edama məhkum olunanlar qətlə yetirdikləri şəxsin ailəsini diyə-təzminat almağa razı etdikləri təqdirdə ölüm cəzasından qurtula bilirlər. Son möhlətə qədər “diyə” məbləğini hazırlaya bilməyən məhkumların ölüm cəzası icra edilir. “Diyə” şəriət qanunlarına görə hesablanan bir təzminat növüdür.

Norveçdə qərargahlanan İran İnsan Haqları təşkilatının (IHR) Fransada qərargahlanan Birlikdə Ölüm Cəzasına Qarşı təşkilatının (ECPM) dəstəyi ilə hazırlayıb və keçən aprel ayında yayımladığı hesabata görə, İranda bəluçlar başda olmaqla qeyri-fars icmalar arasında ölüm cəzası statistikası həddən artıq yüksəkdir.

Həmin hesabata əsasən, 2021-ci ildə İranda əhali sayına görə edam hallarının ən çox olduğu vilayətlər siyahısında türklərin əksəriyyətdə olduğu Qəzvin və Zəncan vilayətləri 3-cü, Ərdəbil vilayəti isə 4-cü yeri tutur.

Tacxeber.az

Oxşar xəbərlər