Bakıda kuryerlər boykot edir – 50 nəfərin…FOTO
Bakıda “Wolt” şirkətinin kuryerleri aksiya keçirirlər.
Tacxeber.com Musavat.com-a istinadən xəbər verir ki, kuryerlər 50 nəfərin profili səbəbsiz yerə bloklandığı üçün heç bir sifarişi qəbul etmirlər.
Kuryerlərdən biri Vasif Əliyev saytımıza bildirib ki, profilləri bloklanib və qiymətlər olduqca aşağı salınıb: “Bu gün 50-dən çox kuryerin profili bağlanıb. “Wolt” şirkətinə müraciət etsək də, onlar bu müraciətlərə baxmırlar və heç bir səbəb göstərmirlər. Buna görə də, məsələ həll olunana qədər heç bir sifarişi götürməyəcəyik.”
Qeyd edək ki, baş vermiş bu hadisə tez-tez yaşanır. Bundan öncə də bu şirkətin kuryerləri sifarişlərin qiymətinin az olmağına görə boykot etmişdilər.