• 23 Dekabr 2024 08:37

Kadırovuın ötkəmliyi ifrata varıb – deputatlar onu Bastrikindən üzr istəməyə çağırıb

Krasnodardan olan deputatlar Sergey Kusmakov və Sergey Klimov Çeçenistan rəhbəri Ramzan Kadırovu Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkindən onun ünvanına səsləndirdiyi tənqidi ifadələrə görə üzr istəməyə çağırıblar.

Tacxeber.com Gazeta.ru-ya istinadla xəbər verir ki, deputatlar müraciətlərini Telegram kanallarında dərc ediblər.

 

Kusmakovun sözlərinə görə, o, region rəhbərinin İstintaq Komitəsinin rəhbərinə “yerini göstərməsi”ndən hiddətlənib. Deputat vurğulayıb ki, Bastrıkin Rusiyanı və onun vətəndaşlarını qoruyur, ona görə də başqaları onu müdafiə etməlidir.

 

Parlamentar əlavə edib ki, o, Kadırovun “qəhrəman Bastrıkin”lə bu cür danışmasına imkan verməyəcək. Kusmakov yazısını #KadyrovApologize heşteqi ilə müşayiət edib. Klimov da bunu edib, Bastrıkini dəstəkləyib və onun incidilməsinə imkan verməyəcəyini bildirib.

 

Xatırladaq ki, dekabrın 4-də Çeçenistan rəhbəri Ramzan Kadırov RF İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkini və daxili işlər naziri Vladimir Kolokoltsevi çeçen yeniyetməyə qarşı cinayət işi ilə əlaqədar “yanlış yerdə oturmaqda” ittiham edib. Kreml şərh verməkdən yayınıb. Haqqında söhbət açdığımız 14 yaşlı Müslüm Murdiyev 2023-cü ilin sentyabrında dostları ilə birlikdə Moskvada yoldan keçənlərə hücum edərək onları döyüb. Müstəntiqlər gəncin dostları ilə necə dava saldığını göstərən videolar yayıblar. Hazırda o, ev dustaqlığındadır.

 

Bundan əvvəl İstintaq Komitəsi işin təfərrüatlarını dərc edib, ona görə də Kadırov Bastrikini tənqid edib.

 

Onu da qeyd edək ki, Kadırov Rusiyada prezident Putindən başqa heç kəsi saymır, hər kəslə ötkəm davranır.

Tacxeber.com

Oxşar xəbərlər