İsa Qəmbərin qardaşından təklif: Qarabağda “Heydərabad” şəhəri salınsın
İsa Qəmbərin qardaşından təklif: Qarabağda “Heydərabad” şəhəri salınsın
“İstərdik ki, şəhərin adı ulu öndərin şərəfinə “Heydərabad” qoyulsun. Dahi Heydər Əliyevin 100 illik yubileyi qeyd olunacaq. “Heydərabad” şəhəri ümummilli liderin yubileyinə layiqli töhfə olar. Belə bir addım xalqımızın sevincini iki qat artıracaq” – qeyd olunub.
Müraciəti imzalayanlar sırasında Arzuman Muradlı, Südabə Sərvi, Xatirə Rəhimli, Sevinc Sultanova, Xanlar Abdullali, İnqilab Şirinbəyli, Adıgözəl Rəcəbov, Cəmil Hüseynov, Leyla Xəzəri, Cəmil İzzətov, Malik Məmmədli, Kamil Behbudov, Zahid Məmmədli, Aytən Behdudova, Arzu Behbudova, Nurlan Behbudov və Emin Hacıyevlə yanaşı, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin Almaniyada yaşayan qardaşı Rövşən Qəmbər də var.
Sosial şəbəkələrdə təşəbbüsün R.Qəmbər tərəfindən gəldiyi qeyd olunub.