Kişi bekarçılıqdan özünü cinayətkar kimi göstərib həbs olundu
Çində bir adam cansıxıcılıqdan özünü cinayətkar kimi göstərib və sonunda həbs olunub.
Bu şəxs törətmədiyi cinayətlərlə öyündüyü videonu sosial şəbəkələrdə yerləşdirdikdən sonra polis tərəfindən saxlanılıb. Məsələn, videoların birində çinli əlində silah və qəsb yolu ilə 4 milyon dollar aldığını bildirib.
Bir gün sonra o, polis bölməsinə çağırılıb və onun evində aparılan axtarış zamanı heç bir silah yaxud cinayətkar fəaliyyətinin izinə rast gəlinməyib. Həmçinin hədə-qorxu ilə pul tələb etməsi barədə məlumatın yalan olduğu üzə çıxıb. Kişi yalan ifadələr verdiyi üçün üzr istəyib, cansıxıcılıqdan hərəkət etdiyini izah edib.
Lakin peşman olmasına baxmayaraq, polis onun əməlini sosial çaxnaşmaya səbəb olan ciddi pozuntu hesab edərək, onu qəsdən yalan məlumat yaymaqda ittiham edib.