• 23 Dekabr 2024 08:41

Biz dələduz cəmiyyətdə yaşayırıq? – “Bütün işlərini kimisə aldatmaq üzərində qururlar”

Qlobal araşdırmaya əsasən, Azərbaycanda insanların cəmi 26%-i bir-birinə inanır. Ermənistanda bu göstərici 18%, Türkiyədə 14%, İranda 8%-dir. 

 

Coğrafiyasına daxil olduğumuz Qərbi Asiyada insanların bir-birinə inamı sahəsində ən yüksək göstərici Səidiyyə Ərəbistanındadır – 50%. 

 

Lider ölkələr isə Danimarka, Norveç və İsveçdir. 

Azərbaycanlıların 76%-i bir-birinə niyə inanmır?

 

Psixoloq Vüsalə Rüstəm mövzunu “Yeni Sabah”a belə şərh edib:

“İnam bizi həyata bağlayan amildir. Onu qazanmaq uzun illər tələb edir, itirmək isə an məsələsidir. İnsan aldandıqda sarsılır, ağır hisslər keçirir”.

 

Psixoloq inamın olmadığı cəmiyyətlərdə insanların depressivləşdiyini bildirib:

“Azərbaycan cəmiyyətində insanların bir-birini inamının azdır. Bəli, tamamilə, doğrudur. İnsanlar bütün işlərini emosional olaraq kimisə aldatmaq üzərində qurur. Bir dəfə aldanan insan artıq kiməsə inanmaqda tərəddüd edir.

 

İnsanlar niyə bir-birinə inanmır? Çünki inamı yaradan hərəkətlər və hisslər qarşımızdakı şəxsin yalançı olduğunu deyir.

Yalanı hiss etmək bir təcrübədir. Nə zamansa inamı sarsılan adamı bir daha aldatmaq olmur. Pis tərəfi odur ki, həmin adam həyat boyu kimsəyə inanmaq üçün çox əziyyət çəkir.

 

Hansı cəmiyyətdə ki, işlər insanı əvvəl inandırıb sonra aldatmaq üzərində qurulur, orada insanlar depressiv və inamsız olur. Belə hal çox pisdir. Gələcəyə inamı itirir, qorxaq, yaltaq, cəmiyyətə zərərli kütlə yetişir”.

V. Rüstəm onu da qeyd edib ki, sağlam düşüncəsi olan heç bir insan öz məqsədi üçün insan aldatmamalıdır:

 

“İnsanı aldatmağa məcbur edən heç bir amil yoxdur. İnam öldürmək insan öldürməyə bərabərdir, çünki inamsız insan yaşamaq istəmir, ya da yaşayan ölüyə çevrilir”.

Tacxeber.com

Oxşar xəbərlər