Məktəbdə təcrübə zamanı müəllim və şagirdlər yaralandı
Bu gün Şəki şəhər Fizika-riyaziyyat və humanitar təmayüllü liseydə xoşagəlməz hadisə yaşanıb.
Tacxeber.com”Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, kimya kabinetində 11-ci sinifdə keçirilən dərs zamanı sınaq şüşəsi çatlayaraq sınıb. Bu zaman fənn müəllimi və 4 şagird yüngül xəsarət alıb.
Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, buna səbəb təcrübə aparılarkən kimyəvi reaksiya ilə əlaqədar olaraq yaranan qızma olub.