• 23 Dekabr 2024 02:05

Rusiya hakimiyyəti əhalini fərqli informasiya mənbələrindən məhrum edir

“Tezliklə Rusiyada nə kitab, nə qəzet, nə də internet olacaq, yalnız televiziya fəaliyyət  göstərəcək…”

Dünən günün ikinci yarısında Dağıstan, Çeçenistan və İnquşetiya sakinləri internetə çıxışla bağlı problemlərlə üzləşib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “kavkaz-uzel.eu” nəşri məlumat yayıb.

 

“WhatApp”, “Telegram”, “YouTube”, “Yandex Go” və “Google” platformalarının servislərinə çıxışın olmadığı barədə provayderlərə çoxsaylı şikayətlərdən sonra rabitə operatorları izah edib ki, bu problemlər “Roskomnadzor”un internet şəbəkəsinin xarici seqmentinə çıxışının kəsilməsi ssenarilərinin işlənməsi üzrə təlimlər” səbəbindən baş verib.

 

Dağıstanda ən iri provayderlərdən olan “Ellko” şirkəti öz abonentlərindən üzrxahlıq edib və qeyd edib ki, vəziyyətə heç cür təsir edə bilmir.

 

“İnternet sabaha qədər heç bir xəbərdarlıq edilmədən kəsilib. Hətta bizə hansı saytların bloklandığı barədə məlumat verilməyib. Federallar qərar verib- federallar icra edib. Onlar istədikləri vaxt internetin kəsilməsini məşq etdirirlər. Bunun tez bir zamanda alınacağını yoxlayırlar”, – “Enerqoinform” provayderin nümayəndələri deyib.

 

“Roskomnadzor” bəyan edib ki, təlimlərin gedişində rabitə operatorları ilə birlikdə “Rusiyanın internet şəbəkəsinin xaricdən qəsdən kəsiləcəyi halda həlledici əvəzləyici infrastrukturun işinin səmərəliliyi aydınlaşdırılır”. İdarə qeyd edib ki, belə yoxlamalar hər il aparılır.

 

Rusiya hakimiyyəti çoxdan və məqsədyönlü şəkildə rusiyalıları dövlət təbliğatından fərqli informasiya mənbələrindən məhrum edir.

 

On minlərlə sayt bloklanıb, oktyabr ayına olan məlumata görə, təkcə 2024-cü ildə 800 min resurs bloklanıb. Yüzlərlə nəşr ləğv edilib, rusiyalıların beynəlxalq KİV-lərə çıxışı yoxdur, müstəqil jurnalistlər isə ya həbsdədir, ya da xaricə qaçır.

 

Ölkədə hakimiyyətin fəaliyyəti ilə razı olmayan yazıçılar, musiqiçilər, rəssamlar, kinematoqrafçılar təqib edilir.

 

Hələ Ukraynaya qarşı tammiqyaslı müharibədən öncə 2019-cu ildə Rusiyada “Suveren internet” haqqında qanun qəbul edilib.

 

Ekspertlərin fikrincə, bu qanun Rusiyanın şəbəkələr seqmentinin xarici seqmentdən ayrılmasına və ayrı-ayrı regionlarda internetin tamamilə bloklanmasına yönəlib.

Tacxeber.com

Oxşar xəbərlər