Azər Qasımlı saxlanıldı
Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının saxlanıldığı bildirilir.
“Səhər Azər oğlumuzu futbol məşqinə aparıb. Sonradan mənə zəng edib dedi ki, uşağı məm götürüm. Səbəbini soruşduqda, o, sadəcə yalnız “özün bilirsən” deyə bilib və əlaqə kəsilib”, – deyə politoloqun həyat yoldaşı Samirə Qasımlı Turan-a bildirib.
Hazırda Azər Qasımlının telefonuna zəng çatmır.