• 22 Noyabr 2024 23:02

TƏCİLİ: Rusiyanın dəniz briqadası tamamilə MƏHV EDİLDİ

“Müdafiə Qüvvələrimizin Xerson istiqamətindəki uğurlu əməliyyatları nəticəsində Rusiya ordusu xeyli itki verib. Mövcud məlumatlara görə, Rusiyanın 810-cu dəniz piyada briqadasının şəxsi heyətinin 90 faizə yaxını məhv edilib”.

Tacxeber.az Redaktor.az-a istinadən  xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumatında bildirilib.

“Qarşı tərəfin hərbçilərinin mənəvi-psixoloji durumu son dərəcə aşağıdır. Onlar döyüş bölgəsinə gəlməkdən imtina edirlər. Xarkov və Donetsk vilayətlərində yaşayış məntəqələrinin azad edilməsi prosesi davam edir. Ötən sutka ərzində rus hərbçiləri 20-dən çox yaşayış məntəqindən çıxarılıb. Hazırda həmin ərazilərin tam nəzarətə götürülməsi prosesi davam edir”, – məlumatda bildirilib.

Məlumatda, həmçinin göstərilib ki, qoşunların əks-hücum əməliyyatları ilə bağlı tapşırıqların icrası davam edir.

Tacxeber.az

Oxşar xəbərlər