“Suriyada baş verənlər bütün dünya kimi Moskvanı da təəccübləndirib” – Dmitri Peskov
“Suriyalı diplomatlar Moskvada Əsədə çox xoşagəlməz sürpriz yaşadıb…”
Suriyanın devrilmiş prezidenti Bəşər Əsədə və onun ailəsinə Rusiyada siyasi sığınacaq verilməsi barədə qərar şəxsən Vladimir Putin tərəfindən verilib.
Tacxeber.com xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. Bu barədə “tass.ru” agentliyi məlumat yayıb.
“Aydındır ki, belə qərarlar dövlət başçısı olmadan verilə bilməz. Bu, onun qərarıdır”, – o, deyib.
Kreml carçısı əlavə edib ki, hazırda o, Əsədin yeri barədə heç nə deyə bilməz və Putinin rəsmi qrafikində onunla görüş nəzərdə tutulmayıb.
Peskov qeyd edib ki, Kreml üçün Əsədə Rusiyada sığınacaq verilməsi barədə rəsmi bəyanat verməsi mütləq deyil. “Biz bunu etməyə borclu deyilik”, – o, deyib.
Suriyada bütövlükdə vəziyyət haqqında danışarkən, Peskov qeyd edib ki, orada baş verənlər “bütün dünyanı təəcübləndirib və Moskva da “burada istisna deyil”.
Mətbuat katibinin fikrincə, Suriyanı “qeyri-sabitliklə bağlı çox çətin dövr” gözləyir, lakin Kreml “Suriya işlərində” regionun bütün ölkələri ilə dialoqa dəstək verəcək.
Rusiya hakimiyyəti rəsmən Əsədi sabiq prezident adlandırır və iddia edir ki, o, müxalifətlə hakimiyyətin təhvil verilməsi barədə razılığa gəlib. Əsədin özü rejiminin süqutunu şərh etməyib və ictimaiyyət qarşısına çıxmayıb.
Bu arada isə Moskvadakı suriyalı diplomatlar Əsəd üçün çox xoşagəlməz sürpriz yaşadıb.
Belə ki, Moskvanın mərkəzində Suriya səfirliyi binasının üzərində Suriya müxalifətinin bayrağı qaldırılıb, SİTA məlumat verib. Bu ərəfədə diplomatik missiyanın əməkdaşları Suriya Ərəb Respublikasının bayrağını və adı olan lövhəni çıxarıb.
Yeni bayraq üç rəngdən-yaşıl, ağ və qara rəngdən və üzərində üç qırmızı ulduz olan parçadan ibarətdir. Bəşər Əsəd dönəmində də bayraq üç rəngdən-qırmızı, ağ və qara rəngdən və iki yaşıl ulduzdan ibarət olub.