Azər Qasımlı üçün 4 ay həbs seçildi
Bu gün, yəni dekabrın 9-da Yasamal rayon Məhkəməsində Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı barəsində ilkin istintaq üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Vəkil Rövşanə Rəhimovanın sözlərinə görə, A.Qasımlı özünü təqsirli bilmir və həbsini siyasi sifariş adlandırıb.
Müdafiə tərəfi məhkəmə qərarından apellyasiya şikayəti veriləcəyini bildirib.