• 22 Dekabr 2024 18:48

ABŞ-də Baydenin həyat yoldaşı ilə bağlı dedi-qodular yayıldı: Trampa gözü düşüb?

“ABŞ-nin hazırkı prezidenti Co Baydenin həyat yoldaşı Cill Bayden noyabrın əvvəlində keçirilən prezident seçkisində qələbəsini elan edən respublikaçı Donald Trampla özünü çox yüngül aparır”.

 

Bu qənaətə “Fox News” nəşrinin jurnalistləri gəliblər.

 

Jurnalistlərin fikrincə, Cill Baydenin bu davranışı “hakimiyyət sevgisi” ilə əlaqəlidir.

“Bu, demək olar ki, yorucu tumar idi”, – deyə aparıcı Larri Kudlou efirdə bildirib.

 

Onun sözlərinə görə, Cill 5 noyabr seçkisində mütləq şəkildə Trampa səs verib.

“Fox News”un aparıcıları, həmçinin qeyd ediblər ki, ABŞ-nin birinci xanımının “intensiv flirti” hətta adi gözlə də nəzərə çarpır.

 

ABŞ-li jurnalistlər əmindirlər ki, xanımın Trampa qarşı müəyyən hissləri var.

Kudlou, həmçinin iddia edir ki, Bayden özü də səsini Kamala Harrisə yox, respublikaçıya verib.

 

Qeyd edək ki, daha əvvəl Tramp ABŞ-nin birinci xanımını çox xoşagəlimli adlandırmışdı.

Xatırladaq ki, Cill Bayden və Donald Tramp “sevgi şəhəri” kimi də adlandırılan Parisdə Notr-Dam kilsəsinin bərpa edildikdən sonrakı açılış mərasimində iştirak ediblər.

 

“The New York Post”un yazdığına görə, ətrafdakılar Baydenin həyat yoldaşının Trampa qarşı necə “isti” münasibət göstərdiyini görüblər.

“Bu sevgini hiss etməmək çətin idi. Cill və Donald nadir partiyalararası yoldaşlıq ruhunu nümayiş etdirdilər”, – deyə nəşr yazıb.

 

Parisdən çəkilmiş kadrları, həmçinin, “X Drefanzor Memes” adlı sosial şəbəkə istifadəçisi də şərh edib.

“Mən, sadəcə, elə birini tapmaq istəyirəm ki, mənə Cillin Trampa baxdığı kimi baxsın”, – deyə o bildirib.

 

“O, Trampa aşiqmiş kimi görünür”, – deyə başqa bir istifadəçi əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər