• 22 Dekabr 2024 22:01

Leonardo da Vinçinin İsa Məsih və Məryəm haqda ŞOK İDDİALARI

 

“Gül və Xaç Qardaşlığı”, İlluminati kimi sirli təşkilatların təmsilçisi olduğu iddia edilən italyan rəssam Leonardo da Vinçi üçün başladılan mədəniyyət layihəsinin İstanbula çatması maraqla gözlənilir. Layihə çərçivəsində son konqres Vinçi qəsəbəsində keçirilib. 30 ildən artıqdır Da Vinçi ilə bağlı araşdırmalar aparan Mustafa Tolay italyan rəssamın İstanbulla əlaqəsindən danışıb.

 

Tacxeber.com xəbər verir ki, intibah dövrünün ən önəmli simalarından olan italyan rəssam Leonardo Da Vinçinin həyatındakı sirlər hələ də maraq doğurur. Da Vinçi ölümündən sonra da əsərləri və sirləri ilə milyonlarla insanı özünə cəlb etməyə davam edir. İtalyan rəssamın sağ ikən ziyarət etdiyi və ya əlaqə saxladığı şəhərlər üçün İtaliyanın Vinçi qəsəbəsində başladılan “Leonardo Da Vinçinin Yolu” layihəsinin İstanbula qədər uzanması planlaşdırılır. İyun ayında “Le Vie di Leonardo da Vinçi Aİ Mədəniyyət Yolu” layihəsi qəbul edilib.

İyun ayında İstanbul Beyoğlunda keçirilən yığıncaqda “Leonardo da Vinçinin Yolları” mənasını verən “Le Vie di Leonardo da Vinçi” vəqfinin idarəçiləri rəssamın izlərinin İtaliya, Fransa və Sloveniyadan sonra Türkiyəyə qədər uzandığını açıqlayıblar. Həmçinin onun “Tanrı yolu” sərgisinin təşkil olunması da qərara alınıb.

 

Qeyd edək ki, İtaliyanın Vinçi qəsəbəsində keçirilən konqresdən sonra Türkiyənin yeganə Leonardo da Vinçi mütəxəssisi sayılan Mustafa Tolay mühüm açıqlamalar verib.

O bildirib ki, italyan rəssamın İstanbulla əlaqəsi çox önəmlidir:

 

“50 ildir Leonardonu araşdırır və 30 ildən artıqdır ki, Da Vinçinin doğulduğu Vinçi qəsəbəsində işləyirəm. Osmanlı sultanı II Bəyazid Qızıl buynuz (Xələç) buxtasına körpü tikdirmək istəyirdi. II Bəyazidin bu arzusu Leonardo da Vinçinin də xoşuna gəlib. Da Vinçi bunun üçün Qalataya gedib və şəhər üçün körpü dizayn edib.

Da Vinçi dostları ilə birlikdə ezoterik təlimlər üzərində işləyirdi. O, əsərlərində klassik doqmatik kilsə diskurslarına qarşı xüsusilə Yaxın Şərq məlumatlarından istifadə edib. Da Vinçi Dante və Qaliley kimi gizli işləmək məcburiyyətində idi. Da Vinçi həm də kimyagərliklə məşğul idi.

Da Vinçinin ən çox təsirləndiyi adlar arasında Yaxın Şərq və Əndəlüs alimləri var idi. Onların arasında İbn Sina və İbn Heyzəm ən çox seçilənlərdir. 30 illik sənədlərə baxaraq deyə bilərəm ki, Da Vinçi həqiqi, xalis xristianlıq sayılan Arianizmə inanırdı. O, Məryəmin bakirə olmadığını, İsanın Maqdalena Məryəm adlı bir qadınla evləndiyini, çarmıxa çəkilmədiyini, nəslinin davam etdiyini və göyə qalxmadığını deyirdi”.

Tacxeber.com

Oxşar xəbərlər