• 22 Dekabr 2024 16:26

Aptek işçilərinə BƏD XƏBƏR: Bu halda 9000 manat cərimələnəcəksiniz

Tibb müəssisələri üçün qablaşdırılmış dərman vasitələrinin pərakəndə satışına görə 9000 manatadək cərimə müəyyənləşəcək.

 

Tacxeber.com xəbər verir ki, bu məsələ Milli Məclisin bu günkü plenar iclasında müzakirə edilən Cinayət Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, tibb müəssisələri üçün qablaşdırılmış dərman vasitələrinin pərakəndə satışına görə inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə ediləcək.

Bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərərin vurulmasına görə inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min manatdan doqquz min manatadək məbləğdə cərimə ediləcək.

 

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Tacxeber.com

Oxşar xəbərlər