• 22 Dekabr 2024 23:41

“Bitcoin” bu gün niyə ucuzlaşdı? Səbəbi məlum oldu

“Bitcoin” 101 min dolların üzərində ticarət edilərkən 94 min dollara qədər gerilədi. Valyuta.Az xəbər verir ki, mütəxəssislər bu enişin arxasında hansı səbəblərin dayandığını açıqlayıb. Onların fikrinə görə, əsas səbəb uzunmüddətli investorların qazanc satışlarıdır.  

 

“Bitcoin” həftəyə dəyər itirməklə başladı

Kriptovalyuta həftənin ilk günündə 101 min dollardan 94 min 150 dollara qədər geriləyib. Bu eniş investorların ağlında eyni sualı yaradıb: “Bitcoin” niyə ucuzlaşdı?

 

BTC

Bitcoin

-2.6%

+0.0%

$ 95417.4

₿ 1.00000000

 

BTC Price Charts

Today

Bazar araşdırmaları aparan “10x Research” şirkətinin verdiyi məlumata görə, “Bitcoin”dəki dəyər azalmasının əsas səbəbi birjada həcmin azalması və uzunmüddətli investorların böyük miqdarda qazanc satışları olub.

 

Şirkətin bu gün yayımladığı hesabatda qeyd edilib:
“İzlədiyimiz bəzi göstəricilər bazarın sürüşkənləşdiyini və dinamikliyin zəifləməyə başladığını göstərir”.

Eyni zamanda, “QCP Capital” ticarət şirkəti bəyan edib ki, bəzi investorlar uzun (long) mövqelərini qazanc götürərək bağlayıb və ehtimal ki, mövqelərini mart ayı üçün 130 – 150 min dollar səviyyələrinə uyğunlaşdırıblar. Şirkət həmçinin “Bitcoin”in ilin sonuna qədər sabit hərəkət etmə ehtimalının yüksək olduğunu vurğulayıb.

Kaldıraçlı istifadəçilər böyük itkilərlə üzləşib

Xüsusilə kaldıraçlı (Maliyyə çarpanı) əməliyyatlar həyata keçirən istifadəçilər bu enişdən ciddi zərər görüblər. “Coinglass”ın məlumatına görə, kriptovalyuta bazarındakı satış dalğası nəticəsində 500 mindən çox istifadəçinin kaldıraçlı mövqeyi zərərlə bağlanıb. Ümumilikdə zərərlə bağlanan mövqelərin dəyəri 1.7 milyard dollara çatıb.

 

Tacxeber.com

Oxşar xəbərlər