• 22 Dekabr 2024 10:36

Bakıya gedib, bunu sübut edəcəm – Erməni bloger

Ruben Vardanyan ətrafında yaranmış vəziyyət bir daha sübut edir ki, bəzi dairələr yalan və saxta məlumat vasitəsilə cəmiyyəti aldatmağa nə qədər asanlıqla cəhd göstərirlər. “Azadlıq” radiosunun guya Bakı həbsxanasında Ruben Vardanyanın işgəncəyə məruz qalması ilə bağlı iddiası adi manipulyasiyadan başqa bir şey deyil. Onlar sübutsuz və yoxlanılmamış məlumatlara əsaslanaraq vəkilin qeyri-müəyyən şərhlərinə istinad edirlər.

 

Tacxeber.com xəbər verir ki, bu fikirləri erməni bloger Natali Aleksanyan deyib.

 

O qeyd edib ki, yayılan məlumatların yalan olduğunu tezliklə sübut edəcək:

 

“Həmişə həqiqət və ədalətin yanında olan bir insan olaraq bəyan edirəm: lazım gəlsə, şəxsən Bakıya gedərək bu iddiaların reallıqla heç bir əlaqəsi olmadığını sübut edəcəyəm. İşgəncələrlə bağlı bu “xəbər” yalnız nifrəti artırmaq və sülh proseslərinə mane olmaq cəhdidir. Biz yalanın xüsusilə bu qədər həssas dövrlərdə siyasət alətinə çevrilməsinə icazə verə bilmərik. Manipulyasiyaya yol verməməli və başa düşməliyik ki, bu kimi xəbərlər yalnız təxribat məqsədlərinə xidmət edir. Əmin olun ki, həqiqət həmişə qalib gəlir və mən həqiqəti üzə çıxarmaq və yaymaq üçün əlimdən gələni edəcəyəm.

 

P.S. Məni hövsələdən çıxarmayın”.

Tacxeber.com

Oxşar xəbərlər