• 22 Dekabr 2024 21:24

Soyuq su səbəbindən idmançı Sumqayıt stadionunda infarkt keçirib – İDDİA

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda idmançılardan biri soyuq suda yuyunduğuna görə infarkt keçirib.

 

Tacxeber.com xəbər verir ki, Fanat.Az-a daxil olan məlumata görə, stadionda isti su problemi olduğuna görə idmançılar soyuq su ilə yuyunurmuş.

 

Əməkdaşımız olayla bağlı stadionun direktoru Şahin İmranovla əlaqə saxlayıb. Lakin o məlumatı təkzib edib. Şahin İmranov həmçinin iddia edib ki, stadionda isti su problemi yoxdur.

 

Araşdırmalarımız nəticəsində isə məlum olub ki, infarkt keçirən Anar Hümbətovdur. O, boksla məşğuldur. Əməkdaşımız onunla da əlaqə saxlayıb. Şahin İmranovdan fərqli olaraq Anar Hümbətov məlumatı təsdiqləyib. O bildirib ki, hadisə oktyabr ayında baş verib.

 

“Məşqdən sonra yuyunmağa getdim. İsti su olmadığnndan məcbur qalıb soyuq su ilə yuyundum və elə oradaca özümü pis hiss etməyə başladım. Xəstəxanaya aparıldım. Məlum oldu ki, infakt keçirmişəm və stend qoydular”, – deyə Anar Hümbətov bildirib.

 

İdmançı başına gələn olayla bağlı heç bir yerə şikayət etmədiyini deyib.

Tacxeber.com

Oxşar xəbərlər