• 22 Dekabr 2024 11:33

ABŞ “Gürcü arzusu” rəhbərlərinə və onların ailə üzvlərinə sanksiya tətbiq etdi

Gürcüstanda keçirilən antidemokratik seçkilərə, dinc etirazçılara tətbiq olunan şiddətə görə Gürcüstanın hakim partiyası olan “Gürcü Arzusu”nun liderlərinə və onların ailə üzvlərinə ABŞ Dövlət Departamenti viza sanksiyası tətbiq edib.

 

Dövlət Departamentinin nümayəndəsi Metyu Miller bununla bağlı belə deyib:

– Birləşmiş Ştatlar Gürcüstan vətəndaşlarına, o sıradan etirazçılara, media və müxalifət nümayəndələrinə, insan haqları müdafiəçilərinə qarşı “Gürcü arzusu”nun davam etdirdiyi qəddar və əsassız zorakılığı qətiyyətlə pisləyir. Biz gürcüstanlılarla birlikdə güclü, çiçəklənən və demokratik, Avro-Atlantik cəmiyyətlə sıx bütövləşmiş Gürcüstan görmək istəyirik.

 

Bu günə qədər 10-dən çox Gürcüstan rəsmisinə və onların ailə üzvlərinə belə sanksiyalar tətbiq olunub. Onu da xatırladaq ki, Avropa Birliyi ölkələrindən Latviya, Litva və Estoniya da “Gürcü Arzusu”nun lideri Bidzina İvanaşvili və onun yaxınlarına giriş qadağası haqqında qərar veriblər. (TimeTV)

 

Tacxeber.com

Oxşar xəbərlər