• 23 Dekabr 2024 00:20

Salome Zurabişvili Gürcüstandakı prezident seçkilərini tanımadığını BƏYAN ETDİ

Gürcüstan prezidenti Salome Zurabişvili bugünkü seçkilərin legitimliyini tanımadığını bəyan edib.

Tacxeber.com xəbər verir ki, bu barədə Zurabişvili ona dəstək ifadə etmək üçün prezident iqamətgahına gələn vətəndaşlara müraciəti zamanı deyib:

“Heç kim heç kəsi seçməyib. Heç nə baş verməyib”.

Daha əvvəl “X” prezident seçki prosesini “demokratiyanın istehzası” adlandırmışdı. Eyni zamanda o, bildirib ki, baş verənlər Gürcüstanın Avropa yolu ilə getməsinə mane olmayacaq.

Qeyd edək ki, Hakim “Gürcü Arzusu” partiyasının namizədi Mixeil Kavelaşvili bu gün keçirilən seçkilərdə Gürcüstanın altıncı prezidenti seçilib. Seçkilərdə yalnız bir namizəd – hakim partiyanın irəli sürdüyü Mixail Kavelaşvili iştirak edib. Müxalifət isə parlament seçkilərinin nəticələrini tanımadığı üçün prezident seçkilərinə də namizəd irəli sürməyib.

Tacxeber.com

Oxşar xəbərlər