Hakan Fidan Əsədin tez bir zamanda devrilməsinin sirrini açdı
Türkiyə xarici işlər naziri Hakan Fidan Suriyada Əsəd rejiminin tez bir zamanda süqutu ilə başa çatan prosesin qaranlıq məqamlarını və sirrini açıqlayıb.
Tacxeber.com xəbər verir ki, Hakan Fidan NTV-yə müsahibəsində bildirib ki, Əsəd rejimi Rusiya və İranın təsiri altında idi.
“Son illərdə, xüsusən də son son 2-3 ildə rejim çox zəif idi. Hərəkat başlayan zaman biz Rusiya və İranla danışdıq”, – o qeyd edib.
O əlavə edib ki, Moskva və Tehranı proseslərə müdaxilə etməməyə və kənarda qalmağa çağırıblar: “İranın xarici işlər naziri gəldi, görüşdük. İranlılarla və ruslarla bəzi məsələlər haqqında danışdıq. Rejim dəstək alsaydı, çox qanlı ola bilərdi. Ruslar və iranlılar gördülər ki, bunu davam etdirməyin mənası yoxdur, ona görə də bir müxalifətin üstün cəsarəti ilə irəliləyən bir kampaniyaya çevrildi”.