• 22 Dekabr 2024 18:46

Davamlı yatmaq istəyinə səbəb olan XƏSTƏLİKLƏR

Çoxunun şikayətləndiyi sağlamlıq problemi…

davamli-yatmaq-isteyine-sebeb-olan-xestelikler

Davamlı yuxulu olmaq xroniki yorğunluq, apne (tənəffüsün müvəqqəti dayanması), anemiya və ya hipotiroidizmi göstərə bilər.

 

Tacxeber.com xəbər verir ki, bunu tibb elmləri namizədi Andrey Kondraxin “Moskva 24” telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, bu problemlərin hər biri yuxunun keyfiyyətinə və orqanizmin ümumi vəziyyətinə təsir göstərir.

 

“Yuxululuq anemiyanın, yəni dəmir çatışmazlığının əlaməti ola bilər. Çünki beyində kifayət qədər oksigen olmur və o, həddindən artıq yüklənməyə başlayır”, – həkim izah edib.

 

Terapevt qeyd edib ki, xroniki yorğunluq daha çox ağır işləyən və az istirahət edən insanlarda olur. Yuxululuq həm də artıq çəkili insanlarda rast gəlinən yuxu zamanı tənəffüs pozğunluğu olan apne nəticəsində yarana bilər.

 

“Anemiyada dəmir çatışmazlığı beyində oksigen çatışmazlığına gətirib çıxarır ki, bu da yorğunluğa səbəb olur. Bundan əlavə, hipotiroidizmdə tiroid hormonlarının çatışmazlığı enerji səviyyəsini azaldır, yuxu ehtiyacını artırır”, – Kondraxin qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər