• 22 Dekabr 2024 19:15

Narkotikdən Siyasətə: Bəşər Əsədin imperiyası

Bu gün Suriya dünyada “kaptaqon”un əsas tədarükçüsü kimi qəbul edilir. Polis və beynəlxalq qüvvələr tərəfindən keçirilən əməliyyatlarda Suriyadakı müxtəlif anbarlardan böyük miqdarda “kaptaqon” tabletləri və istehsalda istifadə olunan maddələr müsadirə edilib. İddialara görə, “kaptaqon” istehsalı və qaçaqmalçılığı, müharibənin çökdürdüyü Suriya iqtisadiyyatını ayaqda saxlamaq üçün istifadə edilən əsas mənbələrdən biri idi.

 

“Kaptaqon” ticarəti milyardlarla dollar həcmində bir iqtisadiyyat yaradıb. Hətta ölkənin narkotik istehsalından əldə etdiyi gəlir, dövlət büdcəsinin iki qatına yaxın bir iqtisadi dəyər yaradır. İddialara görə, bu ticarətdə müxtəlif silahlı qruplar və hətta Suriya rejiminə yaxın olan şəxslər də iştirak edirdi. Bəşər Əsədin qardaşı Mahir Əsəd bu ticarətə nəzarət edən əsas şəxslərdən biri kimi göstərilir. Bəzi məlumatlara görə, Mahir Əsədin rəhbərlik etdiyi 4-cü diviziya, “kaptaqon”un istehsalı və qaçaqmalçılığı ilə məşğul idi. Rejimin digər əsas fiqurlarından biri kimi Samir Kamal və Sad adlı şəxslər idi.

 

Bəşər Əsəd rejimi  “kaptaqon”u bəzi ölkələrə qarşı siyasi alət kimi də istifadə edib. Bunun bir nümunəsi kimi, Suriyanın Ərəb Dövlətləri Liqasına 12 ildən sonra yenidən qəbul edilməsi göstərilir..

 

Son illərdə Orta Şərqdə yayılan  və yoxsul kokain adlandırılan “kaptaqon”, xüsusilə Körfəz ölkələrindəki gənclər arasında geniş yayılıb. 

 

“Kaptaqon” amfetamin tərkibli, stimulyator (oyandırıcı) olaraq təsnif edilən bir narkotik maddədir. Keçmişdə diqqət əskikliyi, hiperaktivlik pozuntusu (DEHB) və depressiya kimi xəstəliklərin müalicəsi üçün Almaniyada istehsal olunub və Avropada da satılıb. Ancaq 1980-ci illərdə Dünya Səhiyyə Təşkilatı tərəfindən bu maddənin təhlükəli təsirlərinə görə istifadəsi qadağan olunub. Bununla belə, bu maddə Suriya və Livan kimi ölkələrdə qeyri-qanuni olaraq istehsal edilir. Əlavə olaraq, yüksək texnologiya tələb etməyən istehsal üsulları ilə “kaptaqon”, Suriya vətəndaş müharibəsi fonunda bir “kaptaqon imperatorluğu” yaratmağa səbəb olub.

 

“Kaptaqon”un təsir dairəsi yalnız Suriya ilə məhdudlaşmır. Bu maddənin əsas qaçaqmalçılıq marşrutlarından biri, Suriya ilə uzun sərhəd xətti paylaşan İordaniyadır. İordaniya illərdir “kaptaqon” qaçaqçılarına qarşı mübarizə aparır. Türkiyə də bu marşrutun üzərindədir və 2024-cü ilin ilk 10 ayında 10 milyon “kaptaqon” tableti aşkarlanıb. “Kaptaqon” qaçaqmalçılığının əsas mərkəzinin Suriya olduğu üçün, bu maddəyə olan tələbatın azaldılması gözlənilir. Bununla belə, yeni qaçaqmalçılıq mərkəzlərinin yaranması riski də mövcuddur. Ancaq heç bir ölkənin Suriya rejiminin siyasi dəstəyi ilə əldə etdiyi istehsal səviyyəsinə çata biləcəyi ehtimal olunmur.

Tacxeber.com

Oxşar xəbərlər