“Sevdiyin qız kimidir, sinənə qoyub yata bilərsən…” – Aqil Abbas
“Kitabxana yaralı yerimdir”.
Tacxeber.com Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında deyib.
“Bir dəfə Ağcabədinin Kəhriz kəndidə muzey açmışdıq. İki qadın işləyirdi və aşağı maaş alırdılar. Onda Polad müəllim nazir idi. Dedim ki, onların maaşlarını artıraq. Bildirdi ki, maaşı Tarif Şurası artırır. Təklif etdim ki, bir biclik etmək olar. Dedim, onların həyat yoldaşlarının birini bağban, digərinə isə mühafizəçi ştatı verin. Onlar da işləyəndən sonra ikisinin də maaşı düzələcək.