Efirdə Telli ilə Zülfiyyə arasında biabırçılıq – VİDEO
Aşıq Telli Borçalı ilə Zülfiyyə İbadova arasında qalmaqal yenidən alovlanıb.
Tacxeber.com axşam.az-a istinadən xəbər verir ki, buna səbəb Zülfiyyənin Telli ilə münasibəti bitirməsini deməsi olub.
“Rəngarəng” verilişinə gələn Telli Zülfiyyənin ünvanına sərt sözlər işlədib.
“Yenə haqqımda başından yekə yalanlar danışıb. Verilişə çəkilir, ancaq mənim haqqımda danışır. Deyir, telliyə nöqtə qoymuşam. Xəbəri yoxdur ki, mən ona böyük nida işarəsi qoymuşam. Sən kimsən ki, məni müzakirə edirsən? Mənim haqqımda danışmaq sənin başın üçün deyil. get öz ailəndən danış. Səndən roman, dastan yazmaq olar. Ağ yuyub, qara sərərm, səni yollara sərərm. Mənim quyruğumu tapdalayanın başını əzəcəyəm” deyən, Tellinin mikrofonu efirdə bağlanıb.
Daha sonra studiyaya Zülfiyyə telefonla zəng edib. Tərəflər arasında dava düşüb. Onlar bir-birinin ünvanına qeyri-etik ifadələr işlədiblər. Aşıqların səsi efirdən kəsilib.
Zülfiyyənin “Ədəbli ədəbindən susur. Söhbəti analiz edə bilmirsə, yanında kimsə ona izah etsin” sözlərinə Telli “Həyasız yanında susa bilmərəm” cavabını verib.
Sonda Zülfiyyənin “Gecə saat 2-də ərimə niyə zəng edirsən” sözləri Tellini özündən çıxardıb.